featured-image-31258

 

Dünya Taekvondo Federasiyası (World Taekwondo) Bakıda keçirilən dünya çempionatına buraxılmayan rusiyalı idmançılar Maksim Xramtsov və Vladislav Larinin yarışa gəlişi bağlı araşdırmalara başlayıb.

Msport.az xəbər verir ki, iştirak qaydalarının pozulduğunu müəyyən etmək üçün məsələni araşdıran qurum istintaq müddətində əlavə şərh verilməyəcəyini açıqlayıb.

Rusiya yığmasının baş məşqçisi Vadim İvanov Olimpiya çempionları Xramtsov və Larinin turnirə yerli federasiyanın hesabına getdiyini və komandanın tərkibində yer aldığını bildirib. Eyni zamanda hər iki idmançı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kriteriyalarına görə dünya çempionatına buraxılmayıblar.

Qeyd edək ki, Rusiya taekvondoçuları Bakıdakı dünya çempionatında neytral statusda çıxış edərək beş medal (bir qızıl və dörd bürünc) qazanıblar.

Bənzər xəbərlər