“Sabah” Camalovu da saxladı
“Sabah” FK Elvin Camalovla yeni müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2024-cü ilin may ayına kimidir.
Elvin 2021-ci ilin iyul ayından bu komandanın uğurları üçün çalışır. O, son mövsümdə “Sabah”ın heyətində 29 oyun keçirib.