“Sabah”da 3 illik yeni müqavilə
“Sabah” hücumçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Qabonlu futbolçu ilə yeni, 3 illik müqavilə imzalanıb.
Mbina bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. O, bakılıların heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.







