"Sabah" "Ferentsvaroş"la qarşılaşacaq
Çempionlar Liqasına hazırlaşan “Sabah”ın Avstriya toplanışındakı rəqibləri məlum olub.
Msport.az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tirol bölgəsində təlim-məşq toplanışında olan Valdas Dambrauskasın komandası 3 yoxlama oyunu keçirəcək.
“Sabah”ın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək.
Azərbaycan çempionu iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.







