featured-image-2009

“Sabah”ın yarımmüdafiəçisi Şakir Seyidov Latviyanın “Dauqavpils” komandasında debüt edib. Msport.az xəbər verir ki, o, Latviya çempionatının 8-ci turu çərçivəsində baş tutan “Metta” ilə oyunun iştirakçısı olub.

“Dauqavpils” bu rəqibi doğma meydanda qəbul edib və 2:0 hesablı qələbəyə sevinib. Seyidov bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, “Dauqavpils” Şakiri bir neçə gün öncə “Sabah”dan icarəyə götürüb. Bu komandada “Neftçi”dən icarəyə götürülmüş Asim Əlizadə də çıxış edir. Hansı ki, o da “Metta” ilə matçın 64-cü dəqiqəsində meydana buraxılıb.

“Dauqavpils” 8 turdan sonra 12 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər