"Sabah" "Lill"in oyunçusunu gətirdi - RƏSMİ
Çempionlar Liqasında iştirak edəcək “Sabah” yeni futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Yunis Laçabı heyətinə cəlb edib.
Fransanın “Lill”dən bir illik icarəyə götürülən 21 yaşlı vinger karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.
Xatırladaq ki, “Sabah” bu yay transfer pəncərəsində Eyden Makkartini (son klubu – “Kayzer Çifs”, CAR) də heyətinə qatıb.







