featured-image-79100

Ukraynalı keçmiş futbolçu Zurab Oçiqava “Sabah”da çalışacaq.

Msport.az xəbər verir ki, bu barədə “UA Football” portalı məlumat yayıb.

“Bayquşlar”ın sabiq futbolçusu Azərbaycana qayıdacaq və keçmiş klubunda fərqli ampluada rol alacaq. Oçiqavanın hansı kateqoriyada işləyəcəyi məlum deyil.

Zurab futbolçu kimi Azərbaycanda “Sabah” və “Qəbələ”nin formasını geyinib. 31 yaşlı mütəxəssis son olaraq ABŞ-də uşaq futbolunda çalışıb.

Bənzər xəbərlər