featured-image-78857

Çempionlar Liqasında mübarizə aparacaq “Sabah” heyətinə yeni futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, paytaxt klubu Cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb.

22 yaşlı futbolçu Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Makkarti “Kayzer Çifs” klubunun yetirməsidir. O, CAR-ın U-23 millisinin  üzvüdür.

Bənzər xəbərlər