featured-image-27488

Bu gün İTV-nin “Sabaha saxlamayaq” şousunda Azərbaycan futbolu və milli komandamızın vəziyyəti müzakirə olunacaq.

Msport.az-a kanaldan verilən məlumata görə, verlişdə AFFA rəsmiləri də iştirak edəcəklər. Federasiyanın vitse-prezidenti Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və yığmamızın məşqçisi Arif Əsədov canlı efirə gələcəklərinə söz veriblər.

Bundan başqa, “Sabaha saxlamayaq”ın qonaqları arasında tanınmış jurnalist İlkin Fikrətoğlu, menecer Səbuhi Səfiyarlı, “Futbolinfo.az” saytının rəhbəri Vüsal Mahmudov və digər şəxslər olacaq.

“Sabaha saxlamayaq” bu gün saat 18:15-də yayımlanacaq.

AYXAN 

 

Bənzər xəbərlər