“Şamaxı”dan daha bir transfer
Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə klubu mərkəz müdafiəçisi Emin Rüstəmovu heyətinə qatıb.
U-21 millimizin üzvü olan Rüstəmov növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.
Qeyd edək ki, o, ötən mövsümü “Karvan Yevlax”da keçirib.







