featured-image-1255

“Turnir cədvəli baxımından bizim üçün çox vacib matç oldu. Mütləq qalib gəlməliydik. Başqa fikrimiz yox idi. Şükürlər olsun ki, azarkeşlərimizin dəstəyi ilə bunu bacardıq”.

Msport.az xəbər verir ki, “Bursaspor”da çıxış edən milli komandamızın üzvü Namik Ələskərov “Kocaelispor” üzərində qələbədən (2:1) sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Qələbə qolunun ötürməsini 27 yaşlı vinger verən təzyiq altında olduğunu bildirib:
“Turnir cədvəli baxımından bizim üçün çox vacib matç oldu. Mütləq qalib gəlməliydik. Başqa fikrimiz yox idi. Şükürlər olsun ki, azarkeşlərimizin dəstəyi ilə bunu bacardıq.
Şadam ki, qələbədə yaxından iştirak etdim. Verdiyim məhsuldar ötürmədən sonra vurduğumuz qolla meydandan 3 xal ilə ayrıldıq. Top mənə gələndə Pedronu gördüm. Şükürlər olsun ki, o da qol vurdu və biz qalib gəldik.
Matçın gedişində əldə etdiyim bir başqa epizodda tələsdim. Son vaxtlar nədənsə, qol vurmaqda çətinlik çəkirəm. Qol vursam, ardı da gələcək. “Bursaspor” kimi komandanın autsayder olması ağlasığmazdır. “Bursaspor” aşağı liqaya düşməyəcək”.
Bu mövsümdən “Bursaspor”da çıxış edən Namik Ələskərov vurduğu 4 qol və 6 məhsuldar ötürmə ilə komandasının liderlərindəndir. Bursa klubu Türkiyə I Liqasında 29 oyundan 31 xalla 19 komanda arasında 18-ci yeri tutur.

Bənzər xəbərlər