Nurmaqomedov gümüş, daha 2 güləşçimiz bürünc qazandı- YENİLƏNİB
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Msport.az xəbər verir ki, qadınlardan ibarət milli komandamızın lideri Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib – 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşacaq.
Elnurə Məmmədova (55 kq) da yarışa qələbə ilə başlayıb. Lakin o, 1/4 finalda rumıniyalı Andre Aneyə uduzub.
Alena Kolesnik yarımfinalda Ukrayna təmsilçisi Yuliya Tkaça uduzub. O, bürünc medal uğrunda görüşə çıxacaq.
Final
50 kq. Mariya Stadnik – Oksana Livaç (Ukrayna)
Bürünc medal uğrunda görüş
59 kq. Alena Kolesnik –
Final
92 kq. Osman Nurmaqomedov – Feyzulla Aktürk (Türkiyə) 2:5
Bürünc medal uğrunda görüş
125 kq. Georgi Meşvildişvili – Abraham Ruano (İtaliya) 7:4
Bürünc medal uğrunda görüş
86 kq. Abubakr Abakarov – Baris Makoyev (Slovakiya) 7:4