"Sumqayıt"ın futbolçusu əməliyyat olundu
“Sumqayıt”ın müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayılb.
Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Zirə” ilə oyunda zədələnən 19 yaşlı futbolçu Türkiyənin paytaxtı Ankara şəhərindəki “Acıbadem” xəstəxanasında tanınmış cərrah Prof.Dr. Mehmet Serdar Binnet tərəfindən əməliyyat olunub.
Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.
Mərkəz müdafiəçisi ötən mövsüm Premyer Liqada 4 oyunda meydana çıxıb.







