"Turan Tovuz" kapitanı ilə vidalaşdı - RƏSMİ
“Turan Tovuz” Şəhriyar Əliyevlə yollarını ayırıb.
Msport.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin müqaviləsi yenilənməyib. Təcrübəli futbolçu 2022-2023-cü illər mövsümündən Qərb klubunun formasını geyinib.
O, “Turan Tovuz”un heyətində 86 oyunda 5 qol vurub. Ş.Əliyev daha əvvəl “Kəpəz”, “Şamaxı”, “Bakı”, “Sumqayıt”, “Qarabağ” klublarının da şərəfini qoruyub.







