featured-image-27500

“Bu, düzgün hərəkət deyil. “İstefa” şüarları səsləndirənlər səhv edirlər”.

Bunu Msport.az-a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin sədri Rəşid Məhərrəmov deyib.

Azərbaycan Premyer Liqasının XXIX turunda “Şamaxı” ilə 1:1 hesablı ev heç-heçəsindən sonra bəzi azarkeşlərin baş məşqçi Ayxan Abbasovu istefaya səsləməsinə münasibət bildirən klub rəsmisi həmin şəxslərin heç birinin futboldan başı çıxmadığını söyləyib: “Başa düşən adam olsaydılar, bu heyətlə 29 xal toplamış mütəxəssisdən razı qalardılar. Bunu dərk etməyənlər məhz həmin şüarları səsləndirənlər, bəlkə də öyrədilmiş adamlardır. Amma bunu kimlərin təşkil etdiyini bilmirəm”.

O, klub rəhbərliyinin Abbasov və komandasından çox razı olduğunu vurğulayıb: “Futbolda istənilən nəticə olur. Məsələn, dünənki oyunu götürək, bir neçə qol epizodu yaratsaq da, istifadə bilmədik. Rəqibin isə bir asması qapıya daxil oldu. Futbolda şans da yaxşı şeydir”

CAHİD

Bənzər xəbərlər