UEFA fizioterapevti azərbaycanlı hakimlərə təlim keçdi
Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər üçün təlim keçirilib.
Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş hakimlər və hakim köməkçiləri üçün AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutan təlimi UEFA-nın baş fizioterapevti Roman Jahoda keçirib.
Mövzu “Zədələrin qarşısının alınması” olub.
Təlimə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edib.