“Sabah”ın hücumçusu Xəyal Əliyev əməliyyat olunub.
Msport.az xəbər verir ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.
Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.