featured-image-3161

“Oranı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, fiziki vəziyyətimin bir hissəsini aldı”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu  Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı “Terra” nəşrinə açıqlamasında deyib.

26 yaşlı futbolçu müharibə səbəbindən problemlərlə üzləşdiyini bildirib: “Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlərim oldu. Yaşadıqlarım, şübhəsiz ki, ən ağır şeylərdir. Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm”.

Braziliyalı forvard “Səbail”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunundakı qolu barədə də danışıb: “Bu qolu əvvəldən axtarırdım, amma top qapıya girməməkdə israr edirdi. Sevinirəm ki, fərqlənə bildim. Qol həmişə sevincə səbəb olur. Ümid edirəm ki, qol vurmağa və “Sabah”a kömək göstərməyə davam edəcəyəm”.

Bənzər xəbərlər