featured-image-2939

“Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir”.

Msport.az xəbər verir ki, bunu “Qəbələ”nin braziliyalı futbolçusu Rafael Utziq “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə “Terra” nəşrinə açıqlamasında deyib.

Qarşılaşmada ikinci qolu vuran 26 yaşlı hücumçu UEFA Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib:

“Bu, komandam üçün önəmli qol idi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, “Qəbələ” 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti 3 matçını “Neftçi”, “Şamaxı” və “Sabah”a qarşı keçirəcək.

Bənzər xəbərlər