featured-image-29700

Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.

Msport.az xəbər verir ki, bu gün Zəlim Kotsoyev (100 kq) mübarizəyə qoşulub.

Milli komandamızın üzvü yarımfinala kimi Serbiya, Avstriya, İsrail təmsilçiləri üzərində qələbə qazanıb.

Yığmamızın üzvü finala gedən yolda ikiqat Olimpiya çempionu çexiyalı Lukaş Krpalekə uduzub.

O, bürünc medal uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.

 

 

Bənzər xəbərlər