“Zirə” kapitanı ilə bağlı qərarını verdi
“Zirə” futbolçusu Qismət Alıyevin müqaviləsinin müddətini uzadıb.
Msport.az xəbər verir ki bu barədə “qartallar” məlumat yayıb.
29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2020-ci ildən “Zirə”də çıxış edir. Qismət Alıyev komandanın kapitanıdır.







