featured-image-2743

Futbol üzrə Azərbaycan yığmasının və “Zirə”nin qapıçısı Mehdi Cənnətov zədələnib.

Msport.az xəbər verir ki, 30 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində bu gün keçirilən “Qəbələ” ilə ev oyununda xəsarət alıb.

Cənnətov rəqibin 45-ci dəqiqədə vurduğu ikinci qol zamanı sıradan çıxıb. Azərbaycan millisinin üzvü matça davam edə bilmədiyi üçün ikinci hissədə Anar Nəzirovla əvəzlənib.

“Qəbələ” də bu oyunda ciddi itki ilə üzləşib. Əyalət klubunun müdafiəçisi Ürfan Abbasov zədələnib. O, oyunu davam etdirə bilmədiyi üçün 36-cı dəqiqədə Rüfət Əhmədovla əvəzlənib.

“Zirə” – “Qəbələ” matçında qonaqlar 3:0 hesablı qələbəyə seviniblər.

Bənzər xəbərlər