Azərbaycan futbolunda yeni liqa yaradılır
Yaxın illərdə Azərbaycan futbolunda ciddi yenilik olacaq.
Msport.az-a daxil olan məlumata görə, ölkə futbolunda yeni liqa yaradılır.
Bununla bağlı müvafiq planın hazırlanması AFFA Məşqçilər Komitəsinə tapşırılıb. Komitə hazırda bu məsələnin üzərində ciddi şəkildə işləyir. Layihə hazır olduqdan sonra təsdiqlənməsi üçün İcraiyyə Komitəsinə təqdim olunacaq.
Ancaq II liqa ilə bağlı işlərin nə vaxt yekunlaşacağı dəqiq bilinmir.
Qeyd edək ki, hazırda Azərbaycan futbolunda peşəkar statusda Premyer Liqa və I Divizion keçirilir.







