Çempionlar Liqası: “Sabah”ın II raunddakı potensial rəqibi bilinəcək
“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.
Msport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Azərbaycan təmsilçisi bu raundda səpələnməmişlər səbətində yer alacaq.
Ölkə çempionunun mümkün rəqibləri bunlardır: “Srvena Zvezda” (Serbiya), Dinamo (Zaqreb, Xorvatiya), “Slovan” (Slovakiya), Lex (Poznan, Polşa), “Sele” (Sloveniya), “Omoniya” (Kipr), “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail), “Jalqiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi, “Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibi, “Borats” (Bosniya və Herseqovina) – “Levski” (Bolqarıstan) cütünün qalibi.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.
Qeyd edək ki, “Sabah” turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.







