"Heç kimə nəsə sübut etmək niyyətində deyiləm" - "Barselona"dan ayrılan hücumçu
“Espanyol”a transfer olunan “Barselona”nın sabiq hücumçusu Martin Breytueyt İspaniya La Liqasının 4-cü turunda “Atletik”lə matçda komandasına qələbə gətirən qolu vurub – 1:0.
Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, danimarkalı hücumçu Kataloniya klubundan ayrılmasını nəzərdə tutaraq heç kimə heç nəyi sübut etməyə ehtiyacı olmadığını deyib.
“Mən son ana qədər mübarizə apardım. Bir az bəxtim də gətirdi, amma qol vurdum. Bütün komanda kimi özümü xoşbəxt hiss edirəm. Bu bizim üçün çox vacib qələbədir. Mən heç kimə heç nəsə sübut etmək niyyətində deyiləm. Sakitəm. Ümid edirəm ki, indi daha çox oynayacam. Bu nəticə bizim özümüzə inamı artıracaq”.