"İmişli" 5 futbolçusunu yola saldı - RƏSMİ
Hələ ki yeni baş məşqçisini müəyyənləşdirməyən “İmişli” heyətinə əl gəzdirməyə başlayıb.
Msport.az xəbər verir ki, komanda bu gün 5 yerli futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Beləliklə, hücumçu Xəzər Mahmudov, cağ cinah müdafiəçisi Həzrət İsayev, vinger Elmir Rəhimzadə, yarımmüdafiəçi Riad Abbaszadə və yarımmüdafiəçi Orxan Fərəcovla müqavilələrin müddəti uzadılmayıb.







