Mahir Məmmədov 3-cü dəfə FİDE -nin vitse-prezidenti seçildi
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Konqresində qurumun rəhbər vəzifələrinə seçkilər baş tutub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yenidən FİDE -nın vitse-prezidenti seçilib. Qurumun prezidenti isə Timur Turlov seçilib.
Qeyd edək ki, AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.
#AZESport #Gənclərİdman #birkimibirlikdə #FIDE







