"Məğlubiyyəti qəbul etməyi bacarmalısan" - Kvirkviya "Turan Tovuz"a söz atdı
“Gərgin və kobud futbola baxmayaraq, vacib oyunda qalib gəldik. Həm özümüzü, həm də gəncəli azarkeşləri sevindirdik. Onlar buna layiqdirlər”.
Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Mate Kvirkviya deyib. Qəbələdə “Kəpəz”ə 1:0 hesablı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur oyununu şərh edən gürcüstanlı yarımmüdafiəçi derbilərin həmişə çətin alındığını bildirib:
“Matça tam diqqətlə hazırlaşmışdıq. Baş məşqçinin qarşımıza qoyduğu bütün tapşırıqları yerinə yetirdik. Belə gərgin oyunda qalib gəlmək ikiqat xoşdur, bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.
27 yaşlı oyunçu önəmli qələbəyə baxmayaraq, təmkinli danışıb: “Bu gün yaxşı vəziyyətdəyik, amma Premyer Liqada qalacağımıza 100% zəmanət yoxdur. Finişə 6 tur qalıb, bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Kvirkviya final fitindən sonra meydanda baş verən insidentə də aydınlıq gətirib: “Heç kim uduzmağı sevmir, amma hamı bunu qəbul etməyi bacarmalıdır. Meydanı tərk edərkən rəqib futbolçu məni təxribata çəkdi. Kim olduğunu bilmirəm. Videoda hər şey aydın görünür. Qarşı tərəf simulyasiya etdiyimi düşünür. Belə bir şey olubsa, referi ikinci sarı vərəqə ilə məni meydandan qovmalı idi. Başqa heç nə deyə bilmərəm (gülür)”.
CAHİD







