featured-image-28011

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Msport.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “Beşiktaş” 21 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Gənc forvardı diqqətdə saxlayan İstanbul nəhəngi onu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Musa Qurbanlının bəzi İtaliya klublarının – xüsusilə “Torino”nun da maraq dairəsində olduğunu bildirilib. Onun “köhlən atlar”la 2026-cı ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər