featured-image-27651

“Neftçi” Mirabdulla Abbasova görə xeyli ziyana düşüb. Msport.az xəbər verir ki, “ağ-qaralar” sabiq hücumçusunun müqaviləsini pozduğu üçün ona 80 min manat ödəməli olub.

Əldə etdiyimiz məlumata görə, paytaxt klubunun rəhbərliyi bu məbləği ödəmək istəməyib. Bundan sonra futbolçu AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Məsələ araşdırıldıqdan sonra Abbasovun haqlı olması müəyyənləşdirilib.

Ödəmədə gecikmə olduğu üçün Apellyasiya Arbitraj Tribunalı “Neftçi”ni əvvəlcə 44, daha sonra isə 20 manat cərimə edib.

Xatırladaq ki, Mirabdulla Abbasov 2016-2022-ci illərdə “ağ-qara” formanı geyinib. “Neftçi” müxtəlif illərdə onu “”Dauqavplis” (Latviya), “Sumqayıt” və “Səbail” klublarına icarəyə verib. “Səbail” ötən ilin sentyabrında hücumçunun transfer hüquqlarına yiyələnib.

AYXAN 

Bənzər xəbərlər