“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşdi
Bu gün qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi müəyyənləşib.
Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq. Cütün qalibi finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda II təsnifat mərhələsinə yüksələcək.
Birinci mərhələnin yarımfinal oyunları iyulun 22-də, final görüşləri isə iyulun 25-də keçiriləcək.







