"Neftçi"nin Konfrans Liqasındakı rəqibi məlum oldu
Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, “Neftçi”nin də rəqibi məlum olub.
“Ağ-qaralar” bu mərhələdə “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.







