featured-image-79122
“Neftçi”nın yay  hazırlıq planı müəyyənləşib.
Msport.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində olacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq paytaxt klubu bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq.
İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq. Qeyd edək ki, Belqrad klubuna bu yaxınlarda “Sumqayıt”dan ayrılan Saşa İliç baş məşqçi təyin olunub.
Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək

Bənzər xəbərlər