“Neftçi” və “Zirə”yə mümkün rəqiblər - SİYAHI
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” və “Zirə”nin potensial rəqiblərinin siyahısı dəqiqləşib.
Msport.az xəbər verir ki, yarışa II təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa), “Apollon” (Kipr) klublarından, həmçinin ilk təsnifat mərhələsində üz-üzə gələcək “Dinamo” (Albaniya) – “Astana” (Qazaxıstan), “Dinamo” (Belarus) – “Sileks” (Şimali Makedoniya) cütlərinin qaliblərindən biri olacaq.
İlk təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılşacaq “Zirə”nin potensial rəqibləri isə AEK (Kipr), “ÇFR Kluj” (Rumıniya), “Spartak” (Slovakiya) klublarından biri və ya “Hegelman” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.







