"Neftçi" yayda ondan qurtulmağa çalışacaq
“Neftçi”nin yayda vidalaşacağı futbolçulardan biri məlumdur.
Msport.az xəbər verir ki, “ağ-qaralar” Rəhman Hacıyevlə yollarını ayırmağı düşünür.
29 yaşlı futbolçu paytaxt klubu üçün “artıq yükdür”. Maaşı heç də az olmayan yarımmüdafiəçi heyətə düşmür və komandaya kömək edə bilmir.
Onun müqaviləsi 2024-cü ilin mayına kimi nəzərdə tutulsa da, “Neftçi” Hacıyevdən qurtulmağa çalışır.
Böyük ehtimalla o, yenidən icarəyə veriləcək.
Qeyd edək ki, Hacıyev bu mövsüm 10 oyunda meydana çıxıb və 2 qol vurub.
AYXAN







