featured-image-11715

Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.

Msport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə federasiya prezidenti Oqtay Əsədov çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.

Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib yeni seçki keçirilib. Oqtay Əsədov yenidən 4 il müddətə federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.

Bənzər xəbərlər