"Qalatasaray" 1957-ci ildə Bakıya niyə gəlmişdi? - VİDEO
“Qalatasaray” basketbol klubu 1957-ci ildə Bakıya gəlib. Msport.az xəbər verir ki, bu barədə kadrlar İTV-nin “XX yüzillik” proqramında təqdim olunub. İstanbul klubu indiki Tofiq Bəhramov adına (o zaman Stalinin adını daşıyırdı) stadionda Azərbaycan basketbolçuları ilə üz-üzə gəlib. Oyun 45:35 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, həmin vaxt “Qalatasaray”ın İdarə Heyəti üzvlərin Necdet Çobanlı da Bakıya səfər edənlər arasında olub. 1976-cı ildə FİFA İcraiyyə Komitəsi üzvü seçilən Çobanlı dünya futbol təşkilatında təmsil olunan ilk türkiyəli olub.
AYXAN