featured-image-79144

“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

Msport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Bənzər xəbərlər