featured-image-79329

“Qarabağ” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Msport.az xəbər verir ki, Ağdam klubu Bədavi Hüseynovla 1 illik müqavilə bağlayıb.

34 yaşlı müdafiəçi 2027-ci ilin yayına qədər “Qarabağ”da olacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən müdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyunda meydana çıxıb 1 qol vurub. O, Ağdam təmsilçisinin heyətində ümumilikdə Premyer Liqada 267 oyunda 5 qol vurub.

Bənzər xəbərlər