featured-image-1343

Azərbaycan 1-ci divizionunda 21-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, Tovuzda keçirilən qərb derbisində – “Turan Tovuz” – “Kəpəz” matçında meydan sahibləri qələbə qazanıb.

“Şamaxı-2” isə “Neftçi”nin əvəzediciləri ilə görüşdə bir xala sevinib.

Birinci divizion, 21-ci tur

13 aprel

“Səbail-2” – “Sumqayıt-2” – 0:1
Qol: 
Emil Əliyev, 45+2.
Qırmızı vərəqə: Xəyal Bədirov, 81 (Səbail-2)
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASCO Arena”

“Turan Tovuz” – “Kəpəz” – 3:2
Qollar: 
Famil Camalov, 28. Akif Tağıyev, 37. Akif Tağıyev, 66 – Elçin Əlicanov, 45+2. Bəhruz Teymurov, 78.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu

“Şamaxı-2” – “Neftçi-2” – 2:2
Qollar:
 Fərid Nadirov, 7. Amil Yunanov, 37 – Samir Qurbanov, 28. Ağadadaş Salyanskiy, 77.
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov
“ASK Arena”

Bənzər xəbərlər