“Sabah”dan ayrılan futbolçu Cənubi Koreya klubuna keçdi
Bir neçə gün əvvəl “Sabah”dan ayrılan Jesse Sekidikanın yeni komandası müəyyənləşib.
Msport.az xəbər verir ki, nigeriyalı vinger karyerasını Cənubi Koreyada davam etdirəcək.
29 yaşlı futbolçu K-Liqa 1 təmsilçisi “Qanqvon”la müqavilə imzalayıb. Cənubi Koreya klubu Sekidikanın yay transfer pəncərəsində ilk yeni futbolçusu olduğunu açıqlayıb.
Jesse adı ilə qeydiyyata alınacaq hücumçu 70 nömrəli formanı geyinəcək.







