“Sabah”ın II raunddakı potensial rəqibləri azaldı
“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Msport.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi mərhələ adlayacağı təqdirdə “Srvena Zvezda” (Serbiya), Lex (Poznan, Polşa), “Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi, “Jalqiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi və ya “Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.
Qeyd edək ki, “Sabah” turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.







