“Sabah”ın mümkün rəqibləri müəyyənləşdi
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, bu turnirdə Azərbaycanı təmsil edəcək “Sabah” birinci təsnifat mərhələsini adlayacağı təqdirdə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları iyulun 17-də, cavab görüşləri isə ayın 21-22-də keçiriləcək. Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu evdə keçirəcək.
Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Uels təmsilçisi TNS-lə qarşılaşacaq.







