"Şəfa"dan daha bir müqavilə
“Şəfa” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Ramin Nəsirli ilə daha 1 illik müqavilə imzalayıb.
23 yaşlı futbolçu 2025-ci ilin yayından “Şəfa”da çıxış edir. Sağ cinah yarımmüdafiəçisi əvəllər “Dauqavpils” (Latviya), “Araz-Naxçıvan” və “Neftçi” klublarında da oynayıb.







