"Torino" Musa Qurbanlı ilə maraqlanır" - İtaliya mətbuatı
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı İtaliyanın “Torino” klubunun idman direktoru Davide Vaqnatın əsas transfer hədəfidir.
Msport.az xəbər verir ki, bu barədə “footballnews24.it” saytı məlumat yayıb.
Gənc və perespektivli profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini Azərbaycan millisinin üzvü ilə gücləndirməkdə maraqlıdır. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Davide Vaqnat daha bir qafqazlının A seriyasının kəşfi ola biləcəyinə ümid edir.
Cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən Musanın “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.







