featured-image-28240

“Turan Tovuz” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə ilk oyuna çıxacaq. Msport.az xəbər verir ki, Tovuz stadionunda bu matç öncəsində yeniliklər edilib.

Görüşü televiziya vasitəsi ilə izləyən azarkeşlər artıq daha keyfiyyətli çəklişin şahidi olacaqlar. Tovuz stadionunda çəkliş istiqamətinin yerləri dəyişdirilib. Artıq CBC Sport matçı qarşı tərəfdən lentə alacaq. Bu isə tribunalara toplaşmış azarkeşləri rahat şəkildə göstərməyə imkan verəcək.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu bu gün saat 16:00-da start götürəcək.

AYXAN 

Bənzər xəbərlər