featured-image-28159

“Bakılı” klubu uzun fasilədən sonra yenidən Azərbaycan futboluna qayıtmaq istəyir. Sonuncu dəfə 2016-2017-ci illər mövsümündə I divizionda mübarizə aparan komanda yenidən eyni liqada yarışmaq niyyətindədir. Bu məqsədlə klubun prezidenti Misir Əbilov AFFA-ya öz istəyini çatdırıb.

1995-ci ildə “Araz” adı ilə yaradılan komanda 1998-ci ildən “Bakılı” adı altında çıxış etməyə başlayıb. “Bakılı” 2003\2004-cü illər mövsümündə Azərbaycan kubokunda yarımfinala kimi irəliləyib.

Bu foto da “Bakılı”nın İdman Akademiyasının stadionunda məşq edən vaxtlarında çəkilib. Heyətdə bir neçə legioner də var, baş məşqçisi isə onda Şahin Şahüseyni idi. Şahüseyni haqqında son xəbər ötən ilin 25 fevralında AFFA İntizam Komitəsinin açıqladığı qərarda rast gəlmək mümkündür. “Neftçi” İK İB-nin baş məşqçisi olan mütəxəssis U-16 liqasında “Qarabağ”la oyunun 90-cı dəqiqəsində cəzalı olduğu halda texniki zonaya daxil olaraq, hakimləri təhqir edib. Bu hal üçüncü dəfə təkrarlandığından Şahüseyninin fəaliyyətinə mövsümün sonuna kimi qadağa qoyulub.

Heyətdə Araz Qulamov (yuxarıda soldan birinci), Taleh Məmmədov (aşağı sıra, soldan birinci), Vüqar Qurbanov (yuxarı sıra, soldan 3-cü), Aleksandr Musatkin (yuxarı sıra, soldan 4-cü) kimi futbolçular var. Fotonun neçənçi ildə çəkildiyini müəyyənləşdirmək çətindir.

AYXAN 

Bənzər xəbərlər