“Zirə”də braziliyalı qapıçı – RƏSMİ
“Zirə” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası brazilyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.







