featured-image-79112

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, cəza səbəbindən “Konfrans Liqasına buraxılmayan Turan Tovuzu əvəzləyən “Zirə”nin rəqibi məlum olub

Püşkə əsasən Rəşad Sadıqovun komandası “Torpedo” (Gürcüstan) ilə qarşılaşacaq. “Zirə” ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, “Zirə” mübarizəyə 1-ci mərhələdən, “Neftçi” isə 2-ci mərhələdən başlayacaq.

“Neftçi”nin rəqibi iyunun 17-də keçiriləcək 2-ci mərhələnin püşkatmasında müəyyənləşəcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.

Bənzər xəbərlər