featured-image-27938

Azərbaycanın ağır atletika üzrə milli komandası artıq Ermənistanı tərk edib. Msport.az xəbər verir ki, bu barədə yerli mətbuata İdman nazirinin müavini Karen Giloyan məlumat verib.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub.

Xatırladaq ki, dünən keçirilən açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb. Bundan sonra Gənclər və İdman nazirliyi və Milli Olimpiya Komitəsi komandamızın qitə çempionatında iştirak etməməsi barədə qərar qəbul edib.

AYXAN 

Bənzər xəbərlər